Xalq artisti Mələkxanım Əyyubovanın oğlu Nicat Azərbaycan Diplomatik Akademiyasına (ADA) qəbul olub.
Tehsil.biz xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, "Canım Nicatım 2 gün əvvəl məzun oldu və bu gün biz öyrəndik ki, ADA-ya qəbul olub. Oğlum, səni təbrik edirəm. Həmişə uğurlarınla bizi sevindirəsən", - deyə paylaşımında qeyd edib.
Xatırladaq ki, Xalq artisti Məleykə Əsədova da qızı Gülərin ADA Universitetinə qəbul olması ilə bağlı məlumat vermişdi.