Logo

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatır

05.07.2022 09:20 154 baxış
IMG

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatır.

Tehsil.biz xəbər verir ki, 5 iyul saat 09:15-ə olan məlumata əsasən, 12026 bakalavr (Azərbaycan bölməsi üzrə 11023, rus bölməsi üzrə 1003) öz ərizəsini təsdiq edib.

1250 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 5 iyul saat 23:59-dək  "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Xəbər lenti