Logo

"Yüksək nəticə göstərən abituriyentlərin uğurları məktəbin yox, repetitorların hesabınadır"

05.07.2022 10:57 2971 baxış
IMG

"Yüksək nəticə göstərən abituriyentlərin uğurları məktəbin yox, repetitorların hesabınadır".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Modern.az-a açıqlamasında bildirib.

O, hesab edir ki, bu məsələdə həm DİM, həm də Təhsil Nazirliyi yanlışlığa yol verir:

“Yaxşı nəticə göstərən abituriyentlərin mütəmadi olaraq mətbuata açıqlamalarından görünür ki, onlar əsasən repetitor xidmətindən bəhrələnib və yüksək nəticə toplayıblar. Şəhərdəki məktəblərin yanından keçəndə görürük ki, gecə də dərs keçilir. Orta məktəbdə gecə dərs keçilmir axı, bu repetitor xidmətidir. Bu gün yüksək nəticə göstərən abituriyentlərin əsas uğurları məktəbin hesabına deyil, repetitorların hesabınadır. Hər iki qurumun xüsusi aləti varmı ki, biliyin hansı hissəsini məktəb, hansı hissəsini repetitor verdiyini müəyyən etsin”.

Deputat hesab edir ki, abituriyentlərin yüksək nəticəsi məktəbdən asılı deyil:

“Müşahidə edək, görək məktəblərdə şagirdlərin əlində test kitbçaları çoxdur, yoxsa  dərsliklər?!  Əlbəttə, test kitabçaları daha çoxdur. Dərsliklər məktəbdə keçirilən dərs müddətində tətbiq olunur. Test kitabçaları isə repetitorların əsas vəsaiti sayılır. Bunun özü də görüntü olaraq faktlardan biridir”.

Xəbər lenti