Logo

BSU-da “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının təqdimatı olub

05.07.2022 14:10 302 baxış
IMG

İyulun 5-də Almaniyanın Yustus-Liebiq-Qiesen Universitetinin dosenti tarixçi və ədəbiyyatşünas alim Mixael Raynhard Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev açılış nitqi ilə çıxış edib. Təhsil nazirinin müşaviri Nicat Məmmədli nəşrlə bağlı fikirlərini bölüşüb.

Sonra Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev kitab haqqında geniş məruzə ilə çıxış edib.

Almaniyalı alim Mixael Raynhard çıxış edərək bildirib ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini Qərb oxucularına çatdırmaqdır. Kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, 600 səhifədən ibarət kitabın yazılmasında alman, ingilis, fransız, rus, fars, Azərbaycan və türk dillərində 600-dən çox ədəbiyyat və mənbədən istifadə olunub.

Xəbər lenti