Logo

“Təhsildə güzəşt və ADPU təcrübəsi” adlı canlı müzakirə

18.01.2021 22:30 638 baxış
IMG

Yanvarın 18-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi ilə “Təhsildə güzəşt və ADPU təcrübəsi” adlı tələbələr və ictimaiyyət üçün canlı yayım keçirilib.

 

ATGTİ-nin rəsmi feysbuk səhifəsi üzərindən yayımlanan müzakirələrdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, universitetin Sosial və Humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, şöbənin baş mütәxәssisi Cavid Hüseynov və ATGTİ-nin sədri Pərviz Mirələmli iştirak edib.

 

Professor Cəfər Cəfərov son 5 il ərzində ADPU-da aparılan keyfiyyət və tələbəyönümlü islahatların müxtəlif aspektləri haqqında geniş məlumat verərək ADPU-nun özünün 100 illiyində qarşısına qoyduğu strateji hədəflərə doğru tam gücü və potensialı ilə irəlilədiyini, bu sahədə ötən ildən bəri keçdiyimiz onlayn təhsil platforması formatında da müəyyən texniki və metodiki işlərin aparıldığını qeyd edib.

 

Bu dönəmdə universitetin sosial-ictimai mühiti, tələbələrlə ictimai əlaqə və əks-əlaqənin qurulması mexanizmləri, ADPU-nun ictimaiyyətlə əlaqələrinin cari reallıqlara uyğun modeli haqda professor Fikrət Rzayev, tədirisin təşkilinin spesifik məsələləri haqqında isə dosent Eldar Aslanov geniş məlumat verib.

 

2 saata yaxın sürən yayım ərzində tələbələrdən canlı gələn suallar cavablandırılıb.

Xəbər lenti