Logo

TTKF BDU-da "İxtisasın sənin gələcəyindir" adlı seminar keçirəcək

05.07.2022 14:49 317 baxış
IMG

Təhsil Tələbə Krediti Fondu (TTKF) Bakı Dövlət Universitetində (BDU) abituriyentlər üçün  "İxtisasın sənin gələcəyindir" adlı seminar keçirəcək.

Tehsil.biz xəbər verir ki, seminarda abituriyentlərə I, II, III, IV, V ixtisas qrupları ilə bağlı məlumat, gələcək peşə fəaliyyətinin formalaşması üçün məsləhətlər veriləcək, suallar cavablandırılacaq.

Seminarda həmçinin kodlaşdırma məsələsi ilə bağlı vacib məqamlar vurğulanacaq. Seminarın spikerləri tərəfindən “İxtisas seçimi necə edilir?”, “İxtisas seçimi zamanı nələrə diqqət etmək lazımdır?”, “İxtisas seçimində edilən səhvlər nədir?”,  “İmtahandan bir həftə əvvəl necə hazırlaşmalı?” və bu kimi digər mövzular ətrafında maraqlı müzakirələr aparılacaq.

Xəbər lenti