Logo

70 ümumi təhsil müəssisəsində "Yay məktəbi" başlayıb - FOTOLAR

05.07.2022 15:50 310 baxış
IMG

"Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə layihənin tətbiq olunduğu 70 ümumi təhsil müəssisəsində "Yay məktəbi" başlayıb.

Tehsil.biz xəbər verir ki, "Yay məktəbi"nin təşkil olunmasında məqsəd yay tətili dövründə uşaqları əyləncəli və öyrədici proqramlara cəlb etməklə onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaqdır. 

Proqramda şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdiriləsi üçün seminar və informativ sessiyalar, eyni zamanda  müxtəlif idman və əyləncəli yarışlar, film saatları yer alır.

Bununla yanaşı, məktəblinin dostları tərəfindən şagirdlər üçün “Yol hərəkəti qaydaları”, "Fövqəladə hallarda davranış qaydaları və ilk tibbi yardım” , "Sosial şəbəkələrdən faydalı istifadə", ”İnternet təhlükəsizliyi",  “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər təşkil olunur.

Xəbər lenti