Logo

BDU könüllüləri ilə görüş keçirilib - FOTO

05.07.2022 19:00 320 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin ictimai həyatında fəal iştirak edən könüllülərlə görüşüb.

Tehsil.biz xəbər verir ki, rektor ölkəmizdə son illər könüllülülk hərəkatının geniş vüsət aldığını, BDU könüllülərinin bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.

Elçin Babayev BDU könüllülərinin öyrənməyə çox meylli olduqlarını qeyd edib, Universitetdə gənclərin yaradıcı və innovativ potensiallarından daha səmərəli istifadə etmək, praktik biliklərini artırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

Rektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb.

Görüşün sonunda xüsusi fəallığı ilə seçilən tələbə könüllülərə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, “BDU könüllüləri” qrupu 2020-ci ildə yaradılıb. Hazırda qrupun 732 üzvü var.

Xəbər lenti