Logo

Blok imtahanlarında II qrup üzrə lider: “BANM-də ölkənin ən yaxşıları təhsil alır” 

05.07.2022 21:27 130 baxış
IMG

Rəşad Niftəliyev blok imtahanlarında II qrup üzrə ən yüksək nəticə göstərən abituriyentdir.

Tehsil.biz xəbər verir ki, blok imtahanlarında 394 bal, ümumilikdə isə 678 bal toplayaraq II qrupun 2-cisi olub. O, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur. Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə Qızıl medala layiq görülüb. 

Rəşad Niftəliyevin arzusu Bakı Ali Neft Məktəbinin tələbəsi olmaqdır:

“Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisasında təhsil almaq istəyirəm. Məktəbdə və tanıdığım insanlardan BANM haqqında çox eşidirdim. Hər zaman bu Ali Məktəbin nüfuzu, uğurları haqqında məlumatlar qarşıma çıxırdı. BANM-i bitirən məzunlar çox uğurlu olurlar. Burada ölkənin ən yaxşıları təhsil alır. Bura daxil olmaq üçün çox çalışırdım, elə günlər olurdu ki, istirahət etmirdim. Yüksək bal toplamaq istəyən şagirdlərə məsləhətim odur ki, mövzuları dərindən öyrənsinlər və çox çalışsınlar”.

Xəbər lenti