Logo

Yazıçılar Birliyi şeir müsabiqəsi elan edib

05.07.2022 23:57 375 baxış
IMG

“Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi elan olunub.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi birgə layihəsi əsasında Şanlı Zəfər Savaşımıza həsr olunan “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi elan olunub.

Şeirlər qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan və tarixi qələbəmizdən bəhs etməlidir.

Müsabiqənin şərtləri:

Müsabiqədə 18-40 yaş arasında müəlliflər yalnız yeni,
indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər;

Şeirlər 14-lük Times New Roman şriftlə və 1,5 intervalla word faylında yığılmalıdır;

İştirakçılar müsabiqəyə şeirlərlə yanaşı şəxsiyyət vəsiqələrinin hər iki üzünü, fotolarını, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi hallarını müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:

[email protected]

İyulun 10-dan, sentyabr ayının 10-a qədər müraciət edə bilərsiniz;

Müsabiqə iki mərhələdə aparılacaq, ədəbi nümunələr nüfuzlu münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, ilk mərhələni keçən şeirlər efirdə təqdim ediləcək, I, II və III yerin qalibləri Zəfər günümüzdə pul və xüsusi mükafatlara layiq görüləcək .

İnformasiya və təşkilati dəstək: Mədəniyyət kanalı , Bakı Kitab Mərkəzi, "Ədəbiyyat qəzeti", Azərbaycan Radiosu...

Xəbər lenti