Logo

Riyaziyyat üzrə ən nüfuzlu mükafat aldı

06.07.2022 00:52 120 baxış
IMG

Riyaziyyat üzrə ən nüfuzlu mükafatı ukraynalı Marina Vyazovskaya alıb. O, Ukraynanın ilk vətəndaşı və tarixdə Filds medalı alan ikinci qadındır.

Tehsil.biz “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Riyaziyyat İttifaqının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Vyazovskayanın ən məşhur elmi işləri kürələrin ən sıx qablaşdırılması probleminin həlli ilə bağlıdır.

O, riyaziyyat üzrə bakalavr dərəcəsini Kiyev Universitetində, magistr dərəcəsini isə Almaniyada alıb. Hazırda İsveçrənin Lozanna şəhərində Federal Politexnik Məktəbində çalışır.

Marina tarixdə Filds medalı alan ikinci qadındır. Birinci medalı 2014-cü ildə iranlı Məryəm Mirzəxani alıb.

Xəbər lenti