Logo

"Distant təhsil bölgələrdən yan keçir" - Müəllim vəziyyəti danışır...

19.01.2021 09:42 822 baxış
IMG

Mart ayından başlamış karantindən sonra ilk təhsil müəsisələri bağlandı. Distant təhsilə keçid alsaq da, bəzi şagird və müəllimlər buna uyğunlaşa bilmədilər. Gündəmdə olan internet probleminin çətinliklərindən əziyyət çəkən müəllim və ya şagirdlər üçün təhsil əlçatmaz oldu. 
 

İnternet problemindən əziyyət çəkənlər isə əsasən bölgələr, ucqar rayonlar və onların kəndlərində yaşayan insanlardır ki, onlar üçün internet ən azı pandemiya qədər əziyyətlidir.
 

Bölgələrdə yaranan problem haqqında Tehsil.biz-ə danışan Neftçala rayonunun Q.Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta məktəbində çalışan informatika və riyaziyyat müəllimi Azər Cəfərov deyir ki, distant təhsilə keçidin ilk dövrünə nəzərən hazırda bu tədris formasına maraq artıb:
 

"Şəhərlə müqayisədə bölgələrdə əsasən kəndlərdə İnternet problemi olduğundan bütün təhsil sahəsinin iştirakçıları prosesə qoşula bilmir. Əgər provayderlər maraq göstərsə və internet xətti ilə təmin olunma təşkil olunsa, o zaman ənənəvi təhsildən daha keyfiyyətli təhsil almaq mümkün olacaq".


 O, distant təhsilin inkişaf etməsi üçün şagirdlərdən çox müəllimlərin hal-hazırda istifadə olunan "Teams" proqramının imkanlarını öyrənməli olduqlarını bildirib:

 
"Bəzi ölkələrdə bu günə qədər distant üsuldan istifadə ilə yanaşı, əyani təhsil də paralel gedirdi. İmtahan və ya summativ əyani şəkildə aparılırdı. Amma hazırda məcburiyyətdən distant formaya keçid etmişik və bu da müəyyən çətinliklər yaradır".
 

Azər müəllim təhsilin keyfiyyətində elə də fərq görmədiyini deyir:
 

"Təhsilin keyfiyyətində elə də fərq yoxdur. Sadəcə oxuyan şagird İnterneti olmadığından qoşulma problemi yaşayır. Dəyişiklik keyfiyyətdə yox kəmiyyətdə özünü büruzə verəcək".

Xəbər lenti