AMEA-nın magistraturasında yay imtahan sessiyası bu gün yekunlaşıb.
Tehsil.biz xəbər verir ki, AMEA-nın 19 elmi müəssisəsində I kursda təhsil alan 108 magistrant ixtisas, ümumi və seçmə fənlərdən imtahan verərək sessiyanı müvəffəqiyyətlə başa vurublar.
Həmçinin 2022-ci ilin iyunun 10-dan 30-dək AMEA-nın 14 elmi müəssisəsində II kursda təhsil alan 53 magistrant öz dissertasiya işlərini müdafiə edib.
Onlardan 33 nəfəri oxuduqları müddət ərzində təhsillərini yüksək göstəricilərlə başa vuraraq fərqlənmə diplomuna layiq görülüblər.