Logo

Rektor Türkiyədə tədris-tədqiqat proqramında iştirak edən tələbə və əməkdaşla görüşüb

06.07.2022 09:57 321 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Türkiyədə - 100 assistent tədris-tədqiqat proqramı”nda iştirak edib, vətənə dönən bir qrup tələbə və əməkdaşla görüşüb.

"Tehsil.biz"in məlumatına görə, rektor bildirib ki, proqram çərçivəsində AzTU əməkdaşları və tələbələr Türkiyənin müxtəlif universitetlərində müvafiq ixtisaslar üzrə iki aylıq tədris-tədqiqat prosesinə cəlb olunub. Məqsəd əmək bazarının tələblərinə cavab verən müasir biliklərə malik kadrların hazırlanması və Türkiyə universitetlərinin təcrübəsinin AzTU-da tətbiq olunmasıdır.  Qeyd olunub ki, tələbə və əməkdaşlar üçün belə fürsətlərin yaradılması onların şəxsi inkişafı və karyera planlaşdırması, eləcə də akademik və pedaqoji fəaliyyətlərinin daha da təkmilləşdirilməsi üçün faydalıdır.

Daha sonra Türkiyədən qayıtmış tələbə və əməkdaşlar təəssüratlarını bölüşüb, həmçinin proqram müddətində fəaliyytələri barədə ətraflı məlumat veriblər.

Xəbər lenti