Logo

Uşaq musiqi məktəblərinə işə qəbul üzrə sınaq imtahanına qeydiyyat yekunlaşır

06.07.2022 10:38 315 baxış
IMG

İyulun 17-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, imtahan üçün qeydiyyat iyulun 7-si saat 17:00-dək davam edəcək.

İmtahanda namizədlərin ixtisas (musiqi / təsviri sənət / xoreoqrafiya), pedaqogika, məntiq və ümumi dünyagörüşü üzrə bilikləri qiymətləndiriləcək.

Namizədlər link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri, test mərhələsi üzrə proqramla tanış ola və sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti