Logo

Bаyrаm namazının vaxtı məlum olub

06.07.2022 11:33 598 baxış
IMG

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.

"Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər: İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşallah", - məlumatda qeyd olunub.

Xəbər lenti