Logo

ADNSU-nun bir qrup tələbə və müəllimi “Çovdar” filiz emalı sahəsində ekskursiyada olub

06.07.2022 11:57 328 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının 2 müəllimi, 4 bakalavr və 1 magistr tələbəsi “AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsən rayonu, “Çovdar” filiz emalı sahəsində ekskursiyada olub.

Tehsil.biz xəbər verir ki, ADNSU-nun tələbə və müəllim heyəti ekskursiya zamanı sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit təlimatları haqqında məlumat əldə edib, istismar sahəsi ilə tanış olublar. Təhlükəsizlik şərtlərinə uyğun olaraq ekskursiya iştirakçıları xüsusi geyimlərlə təmin olunduqdan sonra mədən sahəsində olub, xırdalayıcı sahə və zənginləşdirmə fabrikinə baş çəkib, orada baş verən prosesləri yaxından müşahidə ediblər.

Daha sonra əməkdaş və tələbələrlə şirkət nümayəndələri arasında görüş keçirilib. Görüşdə ADNSU ilə “AzerGold” QSC arasında olan əməkdaşlıq, tələbə və məzunların iş imkanlarının daha da artırılması məsələləri müzakirə olunub.

Xəbər lenti