Logo

2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramına sənəd qəbulu davam edir

06.07.2022 13:23 442 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbulu prosesi davam edir.

Tehsil.biz xəbər verir ki, son müraciət tarixi 15 iyul 2022-ci il saat 23:59 müəyyən edilib.

Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Xəbər lenti