Logo

BDU-nun inzibati heyətinin və tələbələrinin bir qrupu Şuşada - FOTOLAR

06.07.2022 16:26 341 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) inzibati heyətinin və tələbələrinin bir qrupu Şuşaya səfər edib.

Tehsil.biz xəbər verir ki, səfərin əsas məqsədi “Şuşa ili” çərçivəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi Şuşanı ziyarət etmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

BDU-nun əməkdaş və tələbələri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Qala divarlarını, Yuxarı Gövhər Ağa məscidini, Üzeyir Hacıbəyli bağını, Vaqif məqbərəsini, Bülbülün ev muzeyini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrini, Cıdır düzünü ziyarət ediblər.

Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.

BDU əməkdaşlarının Şuşaya səfərləri davam edəcək.

Xəbər lenti