Logo

AzTU-nun bir qrup tələbəsi “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində olub

06.07.2022 17:35 322 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov, dekan müavini Şahin Maşayev, həmçinin bir qrup tələbəsi “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində olub.

Tehsil.biz xəbər verir ki, AzTU ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində gerçəkləşən səfər müvafiq sahə ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədilə təşkil olunub.

Qonaqlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında məlumat verilib. Qızılın hasilatı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması istiqamətləri üzrə görülən işlər heyətdə böyük maraq doğurub.

Sonda cəmiyyətin mütəxəssisləri qonaqları maraqlandıran sualları cavablandırıblar.

Xəbər lenti