Logo

Təhsil İnstitutu ilə “British Council” təşkilatı arasında əməkdaşlıq imkanları müzakirə edilib

07.07.2022 11:57 439 baxış
IMG

Təhsil İnstitutunun rəhbər heyəti “British Council” təşkilatının nümayəndələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə şagird və müəllimlərin ingilis dili səviyyəsinin müəyyən edilməsi, şagirdlərin öyrənməsini yaxşılaşdırmağa hədəflənən müəllimlərin peşəkar inkişaf proqramları, birgə tədqiqatlar müzakirə olunub. Eyni zamanda, “SABAH Magistratura” proqramı çərçivəsində əməkdaşlıq və “Sabah.Lab” Akselerasiya Mərkəzi ilə birgə startaplara dəstək kimi mövzulara toxunulub. İki təşkilat arasında əməkdaşlıq üçün müxtəlif təhsil pillələri üzrə yeni imkanlar, onların təhsil sisteminə verə biləcəyi töhfələr və gələcək layihələr, həmçinin “Future English” onlayn platforması vasitəsilə müəllimlərin inkişafı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, ali təhsil müəssisələrində innovasiyanın inkişafı haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, imtahan xidmətləri üzrə meneceri Nərgiz Əkbərova, Tədris Mərkəzinin koordinatoru Sevinc Ağazadə, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva, Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Günay Əliyeva iştirak ediblər.

Xəbər lenti