Logo

Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir

19.01.2021 12:03 554 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda 2020/2021-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası davam edir.

 

Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn, əsasən, şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçirilir. 

 

Qeyd edək ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb. 

 

İmtahanların gedişatına müvafiq kafedralar, dekanlıq və tədris şöbəsi nəzarət edir.

Xəbər lenti