Logo

Azərbaycanın tarixə düşən ilk şəbəkəçi qızları - FOTOLAR

07.07.2022 15:28 427 baxış
IMG

Şəbəkə sənəti ilə yüzillər boyu kişilər məşğul olsalar da, Azərbaycanda ilk dəfə yeniyetmə qızlara bu sənətin sirləri öyrədilir.

Tehsil.biz "Report"a istinadən xəbər verir ki, hazırda Şəkidə şəbəkə ustası Tofiq Rəsulovun emalatxanasında 8 nəfər gənc qız şəbəkə sənətinin sirlərini öyrənir.

T.Rəsulov deyir ki, yaşları az olsa da bu unikal, incəlik və səbr tələb edən sənətin sirrlərini öyrənməkdə israrlıdırlar: "XX əsrin əvvəllərində Şəkidə 1200 nəfər şəbəkəçi sənətkar olub. Demək olar ki, bütün sənətkarlar və onların şagirdləri kişi olub. Qadınlar arasında isə daha çox toxuculuğa maraq yüksək olub. Şəbəkə sənətinin sirlərini öyrənən qızlarımız Azərbaycanın ilk qadın şəbəkə ustaları kimi tarixə düşəcəklər".

Usta əlavə edib ki, şəbəkə sənətinin klassik nümunəsi Şəkidə yerləşən Şəki Xan sarayıdır: "40 ildir şəbəkə sənəti ilə məşğulam. Bu sənəti atamdan öyrənmişəm".

Məlumat üçün bildirək ki, şəbəkə sözü tor və ya barmaqlıq mənasını verir. Burada yalnız fıstıq ağacından istifadə olunur. Parda 15 gün bişən fıstıq 20 gün qurudulur. Şəbəkədə heç bir yapışqan və mismardan istifadə olunmur.

 

Xəbər lenti