Logo

"Azərpoçt" yenidən mənfəətlə işləməyə başlayıb

07.07.2022 17:03 338 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC 2 illik fasilədən sonra yenidən mənfəətlə işləməyə başlayıb.

Bunu "Report"a açıqlamasında şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.

"Beynəlxalq maliyyə hesabatları standartlarına (IFRS) görə, "Azərpoçt" 2020-ci ili 7,7 milyon manat zərərlə bitirib. Atdığımız addımlar nəticəsində 2021-ci ildə bu zərəri 3,4 milyona manata endirə bildik. 2022-ci ilin 5 ayını isə mənfəətlə başa vurmuşuq, yəni hazırda mənfəətlə işləyən strukturuq. Çalışacığıq ki, ötən ildən başlanmış bu tendensiyanı davam etdirək", - deyə o, qeyd edib.

Xəbər lenti