Logo

Bu rayonda kömür mədəni olmasa da, kömürdən mədəniyyət yaradanlar var - Video

08.07.2022 09:31 390 baxış
IMG

Biləsuvar rayonunda yaşayan həvəskar rəssamlar - 36 yaşlı Ruslan Qəhrəmanov və 31 yaşlı Rüfət Abbaszadə kömür vasitəsilə çəkdikləri şəkillərlə diqqət mərkəzindədirlər.

“Qafqazinfo” onları daha da yaxından tanıtmaq qərarına gəlib.

Ruslan Qəhrəmanov Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Orta təhsillidir. Rəsmə həmişə marağı olub. Universitetə də bu sənət üzrə sənəd verib, ödənişli əsaslarla qəbul olunduğuna görə təhsil ala bilməyib. 12 il müxtəlif sahələrdə çalışıb. Sonra yenidən rəsm çəkməyə başlayıb, amma bu dəfə kömürlə. O, Biləsuvarda “Kömür Ruslan” kimi tanınır.

 

Xəbər lenti