Balakəndə 18 yaşlı oğlana qayçı ilə xəsarət yetirilib.
Tehsil.biz xəbər verir ki, hadisə Heydər Əliyev parkında qeydə alınıb.
32 yaşlı Qazaxov Elnur Elman oğlu aralarında baş verən mübahisə nəticəsində qayçı ilə 18 yaşlı Novruzov Yusif Araz oğlunu vurub. Döş qəfəsindən yaralanan gənc dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.