Logo

Bakı Dövlət Universitetinin 7257 tələbəsi imtahanlarda iştirak edib

19.01.2021 15:55 613 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir.

 

18 yanvar tarixində bakalavriat səviyyəsində 283 qrupda 6097 bakalavr (389 nəfəri SABAH qrupları tələbəsi olmaqla), BDU-nun Qazax filialında keçirilən imtahanlarda 665 tələbə iştirak edib.

 

Magistratura səviyyəsində isə 137 ixtisaslaşma üzrə 495 magistrant 99 fənn üzrə imtahan verib.

 

BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən imthan prosesinə nəzarət olunur.

Xəbər lenti