Logo

11 yaşlı uşağın intihar etmə səbəbləri məlum olub

08.07.2022 11:14 435 baxış
IMG

Xəbər veriyimiz kimi, Ötən gün Ağstafanın Xətai rayonunda intihar etdiyi bildirilən 11 yaşlı uşağın bədbəxt hadisə nəticəsində öldüyü məlum olub.

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı 11 yaşlı oğlanın nənəsigilin bağında uşaqlarla oynayarkən boğazına ip dolaşması nəticəsində boğularaq ölməsi müəyyən edilib.

Belə ki, 2011-ci il təvəllüdlü uşaq Bakıda yaşayıb və yay tətili ilə əlaqədar istirahət məqsədilə Ağstafaya gedib. O, digər uşaqlarla oynayarkən həyətdəki ağaca bərkidilmiş ipə ilişib və ip onun boğazına dolaşaraq bir neçə saniyə içində boğulmasına səbəb olub.

Orta məktəbin 4-cü sinif şagirdi olan uşağın cənazəsi dəfn edilməsi üçün Ağstafadan Bakıya yola salınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti