Təhsil İnstitutu tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH Magistratura” proqramının “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə tanışlıq səfəri təşkil olunub.
Tehsil.biz xəbər verir ki, tələbələrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi haqqında geniş məlumat verilib. Məlumatlandırma zamanı dərslərin 70 faizinin praktiki, 30 faizinin isə nəzəri hissələrdən ibarət olduğu qeyd edilib.
Tələbələr maşın, CNC təcrübə, elektronika tətbiqi, taxta emalı, elektrik maşın, avtomatika nəzarət otaqları, eləcə də qaynaq, mühərrik və rəngləmə, elektrik laboratoriyaları ilə yaxından tanış olublar. Sahə mütəxəssisləri tərəfindən onlara laboratoriyalarda görülən işlər haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, Təhsil İnstitutu ADPU, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetində həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərinin həyata keçirilməsini təşkil edir.