Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Tehsil.biz xəbər verir ki, elana çıxarılan vəzifələr üzrə 4221 nəfər qeydiyyatdan keçib. Bu gün saat 12:35-dək olan məlumata görə, 111 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.