Azərbaycan Respublikasının Təhsil naziri qurban bayramı ilə bağlı paylaşım edib.
Tehsil.biz xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Azərbaycan xalqını qurban bayramı münasibətilə rəsmi "Facebook" sosial media hesabında paylaşım edərək təbrik edib.
"Xeyirxahlığın və həmrəyliyin rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi təbrik edirəm. Allahdan hər bir evə ruzi-bərəkət, əmin-əmanlıq və sağlamlıq arzulayıram", - deyə nazir bildirib.