Alimlər İspaniyada yerləşən Syerra-de-Atapuerka dağlarında ən qədim avropalının üzünün bir parçasını aşkarlayıblar.
Tehsil.biz xəbər verir ki, bu barədə “Fundacion Atapuerca” məlumat yayıb.
“Üzünün bir parçası aşkar edilmiş insanın təxminən 1,4 milyon yaşı var”, - məlumatda deyilir.
Sümüyün çənə nahiyəsinə aid olduğu güman edilir. Alimlər sümüyün Avropada məskunlaşmış ilk insan qruplarından birinin üzvünə aid olduğunu güman edirlər.