İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Tehsil.biz xəbər verir ki, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Azərbaycan xalqını qurban bayramı münasibətilə rəsmi "Facebook" sosial media hesabında paylaşım edərək təbrik edib.
"Əziz dostlar, həmkarlar, dəyərli tələbələr!
Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırır, dualarınızın və ibadətlərinizin qəbul olmasını Allahdan arzu edirəm.
Qurban Həzrət İbrahim və Həzrət İsmayılın timsalında Allaha bağlılığın, səbir, təmkin və əzmkarlığın rəmzidir.
Bu mübarək gündə müsəlmanlar Uca Allaha yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
Bu müqəddəs günlərdə Vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyir, qəhrəman qazilərmizə isə sağlamlıq arzulayıram.
Bayramınız mübarək!"