Logo

Rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib

19.01.2021 17:10 875 baxış
IMG

Dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 fevral 2021-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC (rəhbər vəzifələr) və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanları keçiriləcək.

 

A növünə aid olan imtahan kompüter, B növünə aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə aparılacaq.

 

A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 18 fevral saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb.

 

B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 9 fevral saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 500 yer ayrılıb. İmtahanının başlanma saatı və yeri barədə məlumat  imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

 

Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün http://dim.gov.az/news/6145/ linkinə daxil ola bilərsiniz.

Xəbər lenti