Afrika qitəsində yerləşən Toqo Respublikasının şimalında əldəqayırma bombanın partlaması nəticəsində azı 7 uşaq həlak olub.
Tehsil.biz xəbər verir ki, bu barədə bu gün Sinxua agentliyi Savan bölgəsinin səlahiyyətlilərinə istinadən məlumat verib.
"Natiqu şəhərində bir qrup uşaq iyulun 9-da axşam saatlarında bayram tədbirindən evə qayıdırdı", - deyə Sinxua agentliyi administrasiya rəsmisindən sitat gətirib: "Onların gəzintisi zamanı partlayış baş verib". Yeddi ölü ilə yanaşı, daha iki nəfər yaralanıb.
Səlahiyyətlilər baş verənləri araşdırır.