Zaqatalada 20 yaşlı qızı avtomobil vurub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonun mərkəzində qeydə alınıb.
Zaqatala sakini 2002-ci il təvəllüdlü Aysu Firudin qızı Kudatova yolu keçmək istəyərkən, onu “Toyota” markalı avtomobil vurub.
A.Kudatova bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.