ABŞ-da fəaliyyət göstərən amerikalı jurnalist Nurit Qrinqer (Nurit Greenger) ABŞ-Azərbaycan Mədəniyyət Fondunu yaradıb.
Tehsil.biz xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.
N.Qrinqer paylaşımında bu ilin iyun ayı ərzində Azərbaycanda olduğunu, o cümlədən işğaldan azad edilmiş ərazilərə getdiyini, Şuşa şəhərinə gedərək bununla da səfərini yekunlaşdırdığını qeyd edib: "Bu səfərlə bağlı məqalələrim geniş yayıldı. İndi isə mən yeni bir publisist səyahətinə çıxdım və ABŞ-Azərbaycan Mədəniyyət Fondunu təsis etdim. Fondun məqsədi Azərbaycan və ABŞ, xüsusilə də Qərblə, mədəniyyət, media, bədii və sənədli filmlərin yaradılması ilə iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verməkdir. Ümid edirəm ki, çoxlarınız bizə bu missiyada dəstək olacaqsınız”.