Logo

Daha bir azyaşlı Kür çayında batdı - YENİLƏNİB

11.07.2022 20:30 585 baxış
IMG

Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlunun axtarışları başa çatıb.

Bu barədə "Tehsil.biz"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

M.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 500 metr aralıda) tapılaraq aidiyyəti üzrə təhvil verilib.

20:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Tehsil.biz xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti