Logo

Mirşahin telekanalları sərt tənqid etdi - Video

11.07.2022 21:20 446 baxış
IMG

Tanınmış jurnalist Mirşahin Ağayev müəllif və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində reket medianı və bir sıra telekanalları sərt tənqid edib.

Tehsil.biz xəbər verir ki, aparıcı Azərbaycanda peşəkar medianın, peşəkar jurnalistlərin özünü ifadə etmək üçün sağlam rəqabət mühitinin yaradıldığını deyib:

“Peşəkar jurnalistlər bu gün daha açıq, sərbəst şəkildə öz fikirlərini ifadə edirlər. Yeni qaydalara, daha doğrusu peşəkar əxlaqa uyğunlaşmayan reketlər, çığallar da açıq görünür. Çünki, hələ dünən onlar media məkanında olan qeyri-sağlam mühitin fonunda özlərini göstərə bilir, bulanıq suda balıq tutmağı bacarırdılar. İndi isə sular durulub. Peşəkar media fonunda onlar öz ənənəvi oyunlarını daha oynaya bilmirlər. Həmin insanlaradır sözüm. O vaxtlar keçib artıq. Peşəkarlığa doğru dəyişin, rəqabətdə dözə bilmirsizsə, cığallıq da etməyin. Əvvəllər mediamız boz rəngdə idi. Siz məhz o bozun fonunda rəngarəng görünürdüz. Amma indi artıq AzTv-də də tənqid var, İTV-də də, REAL Tv-də də. Problemli məsələ peşəkar şəkildə qaldırılır, problemin üzərinə gedilir. Belə olan halda siz sadəcə artıq olursuz”.

Mirşahin Ağayev açıq yayımda olan televiziyalara da iradlarını bildirib:

“Biz qalib Azərbaycana hələ ki, layiq ola bilmirik. Son zamanlar Azərbaycan teleməkanında inkişaf meyilləri var. Fasiləsiz xəbər xidməti olan kanalımızdan danışmayacam, təvəvökarlıqdan uzaq görünər deyə. Amma AzTv-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişiklikləri görməmək olmaz. Dünya auditoriyasına çıxmağı bacaran CBC var, Xəzər Tv artıq öz simasını müəyyənləşdirir və təəssüf ki, yerdə qalan bir neçə kanalımız var. Onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var. Ona görə də, hörmətli həmkarlar, hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”.

Xəbər lenti