Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibədə 117 nəfər uğur qazanıb

13.07.2022 11:19 462 baxış
IMG

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

"Tehsil.biz"in məlumatına görə, elana çıxarılan vəzifələr üzrə 4221 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:50-dək olan məlumata görə, 117 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Xəbər lenti