Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın həmmüəllifliyi ilə “Jurnalist etikası” dərs vəsaiti çapdan çıxıb.
Tehsil.biz xəbər verir ki, avropa Şurasının dəstəyi ilə nəşr olunan dərs vəsaiti ali məktəblərin bakalavr və magistr pillələrində jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Jurnalist etikası barədə çağdaş təcrübəni və nəzəri yanaşmaları əks etdirən nəşr media işçiləri üçün də maraqlı ola bilər.
