Logo

KİM.TV-nin aparıcısı Abid Qafarov həbs olunub

13.07.2022 20:51 395 baxış
IMG

“Bakı Birlik Təşkilatı" İctimai Birliyinin sədri, KİM.TV Youtube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittihamı qaydasında şikayətə baxılıb.

Tehsil.biz xəbər verir ki, Yasamal rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abid Qafarova qarşı Vətən müharibəsi veteranları Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

A.Qafarov "Tərtər işi" ilə bağlı çıxışları ilə tanınır.

Xəbər lenti