A - hərflərin şahı, San - hörmət, izzət.
Asan - yer kürəsində tanınan yerli brend.
Asan - "Bu, bizim nou-haudur" (İlham Əliyev).
2012-ci il - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “Asan xidmət” mərkəzləri təsis edildi. Bu, e-idarəçilik, innovasiya ekosisteminə diqqət baxımından, həmçinin intellektual məhsulların ixracatçısı, beyin mərkəzi kimi Azərbaycanın qələbəsi idi.
2020-ci il - Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatı nəticəsində "Dəmir Yumruq" əməliyyatı ilə erməni silahlı quldur birləşmələrini, habelə onların informasiya cəbhəsini darmadağın etdi. Bu, müasir tələblərə cavab verən, son model silahlarla təchiz edilən, döyüş əxlaqına sahib ordunun Vətən torpaqlarını yağı düşməndən azad etməsi, həmçinin beynəlxalq hüquqa uyğun şəkildə apardığı və dünya hərb tarixinə düşəcək Azərbaycanın qələbəsi idi.
2012 və 2020 - hər iki ildə:
2 - cütdür;
2 - birlikdir;
2 - sülhdür;
22 - "Asan xidmət" mərkəzi;
2-ci Vətən müharibəsi və;
2 - QƏLƏBƏDİR... (!)
Ötən ay 7 saylı “Asan xidmət” mərkəzi istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasiminə qatıldı. Prezident İlham Əliyev Azərbaycan xəritəsində "Asan xidmət" mərkəzlərinin yerləşdiyi elektron tabloda Qarabağı göstərib, qonaqlara bildirdi ki, inşallah növbəti mərkəzlər əzəli torpaqlarda da fəaliyyət göstərəcək.
10 yaş - Müasir və gənc "Asan" - Texnoloji qələbə...
10 noyabr - Tarixi və qədim Şuşa - Hərbi qələbə...
Pifaqor ədədləri yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, həm də onlarda başqa bir qüvvənin olduğunu qeyd edir. Əlbəttə, bu, qələbənin, daha dəqiq qələbələrimizin qüvvəsidir...
Şanlı, sanlı, "Asan"lı qələbələrimiz davam edir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müsahibəsində qeyd edir ki, qarşıda "Asan xidmət" mərkəzləri Sumqayıt, Lənkəran, Salyan və növbəti illərdə Şuşada da yaradılacaq...
Tezliklə Şuşa şəhəri günəşli bir səhəri "Şuşada "Asan xidmət" istifadəyə verildi" - xəbəri ilə açsın. Biz də bu xəbərin sevinc payını "Asan xidmət"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin Feysbuk səhifəsində qələbə müjdəli xəbəri altında sözün hər iki mənasında qeyd edərək yazaq: Müjdərəsan "Asan" - ŞuşadAsan!
Şuşalı günün mübarək...
Əsgər İsmayılov