Logo

UFAZ-ın 46 tələbəsi Fransada yay məktəbində iştirak edir

14.07.2022 11:39 343 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 46 tələbəsi Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edir.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər, məşhur abidələrə, beynəlxalq təşkilatlara ekskursiyalar daxildir. Yay məktəbində iştirak edən tələbələr akademik göstəricilərinə əsasən II və III kurslar arasından seçilib.

Xəbər lenti