Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyində III yerə layiq görülən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin komandasının üzvlərini, həmin məktəbin direktoru və gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri ilə görüşərək onlara hədiyyə və təşəkkürnamə təqdim edib.
Tehsil.biz xəbər verir ki, “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika birinciliyi rayon, zona və final mərhələləri daxil olmaqla 3 ay davam edib.
Ümumrespublika birinciliyinin final mərhələsində iştirak edən 15 komanda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.