Logo

ADNSU Hindistanın Mühəndislik və Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək

20.01.2021 11:12 590 baxış
IMG

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu arasında onlayn formatda əməkdaşlıq memorandumu imzalanıb.

 

ADNSU-dan verilən məlumata görə, hər iki ölkənin təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı üçün nəzərdə tutulan sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Hindistanın Mühəndislik və Texnologiya İnstitutunun rektoru Akila Muthuramalinqam imzalayıblar.

 

Onlayn tədbirdə rektor Mustafa Babanlı təhsil sahəsində qabaqcıl universitetlərlə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib. Hindistanlı rektor ADNSU-nun fəaliyyəti ilə yaxından tanış olub və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

 

Əməkdaşlıq memorandumunda texniki təhsilin və elmin bütün pillələri üzrə müddəalar öz əksini tapıb.

Xəbər lenti