Logo

TKTA və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

14.07.2022 19:03 444 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində müqavilə imzalanıb.

Tehsil.biz xəbər verir ki, müqavilə əsasında müvafiq ixtisaslar üzrə müəssisənin istehsalat bazasının icarəsinə, eyni zamanda, bu ixtisaslar üzrə fəaliyyət göstərən mütəxəssislərin sual bazasının hazırlanması prosesinə və qiymətləndirmə komissiyasına ekspert olaraq cəlb edilməsinə başlanılıb.

Sözügedən əməkdaşlıq çərçivəsində bir neçə peşə ixtisası üzrə qeyri-formal və informal təhsil almış vətəndaşlar qiymətləndirmə prosesində iştirak edə biləcəklər.

Cari ildə qiymətləndirilməsi və tanınması həyata keçirilən ixtisaslar üzrə əməkdaşlıq etmək istəyən müəssisələr [email protected] ünvanına və yaxud yazılı formada rəsmi müraciət edə bilərlər.
Qeyd edək ki, TKTA cari ildə bərbər, bağban-dekorator, qənnadıçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru, tikişçi, baytar texniki, mobil telefonların təmiri ustası, plastik boru qaynaqçısı, ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar, elektrik qaz qaynaqçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, avtomobillərin təmiri üzrə çilingər, aşpaz ixtisasları üzrə qiymətləndirmə və tanınmanı həyata keçirir.

Xəbər lenti