Logo

Goranboylu gənc “Mən azərbaycanlıyam” layihəsinin qalibi olub

14.07.2022 19:42 390 baxış
IMG

“Mən azərbaycanlıyam” layihəsinin XI mövsümünün qalibləririnin mükafatlandırılması mərasimi keçirilib.

Tehsil.biz xəbər verur ki, həmyerlimiz, Bakı Dövlət Universitetinin tələbəsi, Qızılhacılı qəsəbəsindən Şahin Məmmədov 1-ci yerin qalibi olub.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, təhsil nazirinin müavini Firudin Qurbanov və  Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev çıxış edərək qalibləri təbrik ediblər. 

Ənənəyə uyğun olaraq, Gənclər və İdman Nazirliyi hər il finala çıxan 4 qalibə pul mükafatı hədiyyə edir. Bu dəfə bu məbləğ birinci yer üçün 5000 manat, ikinci yer üçün isə 2500 manat təşkil edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mövsüm boyu qaliblərə 9 aylıq internet paketi, eləcə də birinci yerə noutbuk, ikinci yerin sahiblərinə planşet, Təhsil Nazirliyi qaliblərə mobil telefon, Azərbaycan televiziyası da qiymətli hədiyyələr təqdim edib.

Xəbər lenti