Logo

BANM tələbələri “Sentra” şirkətində təcrübədə olublar

14.07.2022 21:49 591 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbələri Avtomatika İnformasiya Texnologiyaları və Neft-qaz qurğularının istehsalı sahəsində qabaqcıl şirkətlərdən olan “Sentra” QSC-də yay istehsalat təcrübəsi keçiblər.

Tehsil.biz xəbər verir ki, tələbələr ümumilikdə 4 qrupa bölünərək müxtəlif vaxtlarda təcrübədə olublar.

BANM tələbələrinin təcrübə rəhbərləri Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri İlkin Balazadə və Nicat Həsənov olub.

BANM tələbələri bu şirkətdə beş günlük istehsalat təcrübəsi müddətində avadanlıqlar ilə tanış olub, iş prosesi barədə məlumat alıblar.

Xatırladaq ki, BANM-in tələbələri hər il yay istehsalat təcrübəsi keçirlər. Yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

Xəbər lenti