Kür çayında bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Belə ki, Salyan rayonunun Qaraçala kənd sakini, 12 yaşlı Abdullayev Əkbər Əhməd oğlu çayda boğulub.